Biləsuvar Rayon İcra Hakimiyyətinin "Biləsuvar Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında Heydər Əliyev parkının işıqlandırma sisteminin yenidən qurulması işləri" tenderi ləğv olunub.
FED.az xəbər verir ki, buna səbəb tenderdə iştirak etmək üçün tender təklifi vermiş iddiaçıların sayı üçdən az olmasıdır (Müsabiqəyə təklif verən iddiaçıların sayı qanunvericiliklə müəyyən edilən saydan az olduğuna görə müsabiqə ləğv edilir).
Bu da Dövlət Satınalmaları haqqında qanunun 11.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə tenderdə iştirak etmək üçün tender təklifi vermiş iddiaçıların sayı üçdən az olduqda satınalan təşkilat tenderin davamından imtina edir və bu barədə məlumatı tender elan olunduğu mətbuat orqanında 5 bank günü ərzində dərc etdirir və rəsmi internet saytında yerləşdirir.