Bu saata qədər 3 413 nəfər yükdaşıma ilə məşğul olan fiziki şəxslə bağlı məlumatlar "icaze.e-gov.az" portalına yerəşdirilib.
FED.az xəbər verir ki, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova bildirib.
Onun sözlərinə görə, həmin şəxslər ölkə daxilində öz fəaliyyətlərini sərbəst şəkildə icra edə bilərlər:
“Əlavə olaraq 1 196 nəfər taksi sürücü ilə bağlı məlumatlar "icaze.e-gov.az" portalına yerəşdirilib”.
N.Allahyarova qeyd edib ki, bəzi sürücülər bu icazədən sui-istifadə də edirlər:
“Onlara bildirmək istəyirəm ki, bu icazə sizə ona görə verilir ki, fəaliyyətinizi rahat şəkildə həyata keçirə biləsiniz. İcazə sizin şəxsi işləriniz üçün verilmir”.
Trend