Gömrük orqanlarının beynəlxalq avtomobil daşımalarını yerinə yetirən nəqliyyat vasitələrinə sərhəddə icazə blanklarının verilməsi sahəsində vəzifəsi ləğv olunur.
Yükdaşıma ilə məşğul olan şəxslərin əməliyyatlarının həcminə görə - ƏDV ÖHDƏLİYİ YARANIRMI?
FED.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Gömrük Məcəlləsinə dəyişiklikdə əksini tapıb.
Buna uyğun olaraq beynəlxalq avtomobil daşımalarını yerinə yetirən nəqliyyat vasitələrinə sərhəddə icazə blanklarının verilməsinə görə “Dövlət rüsumu haqqında” qanunla müəyyən edilmiş dövlət rüsumu da ləğv olunub.
Ləğv ediləcək Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün dövlət rüsumunun dərəcələri aşağıdakı kimidir:
Beynəlxalq avtomobil daşımalarına aid Azərbaycan Respublikası ilə Hökumətlərarası Sazişi olan xarici dövlətlərin yük və sərnişin avtomobil daşıyıcıları üçün giriş-çıxış və tranzit keçid kvota ilə müəyyən edildiyindən artıq olduqda ödəniş haqqı: |
|
- yük avtomobilləri üçün |
hər bir icazə üçün 100 ABŞ dolları |
- sərnişin avtobusları üçün |
hər bir icazə üçün 50 ABŞ dolları |
Beynəlxalq avtomobil daşımalarına aid Azərbaycan Respublikası ilə Hökumətlərarası Sazişi olmayan yük və sərnişin avtomobil daşıyıcıları üçün: |
|
- yük avtomobilləri üçün |
hər bir icazə üçün 150 ABŞ dolları |
- sərnişin avtobusları üçün |
hər bir icazə üçün 75 ABŞ dolları |
Xarici dövlətlərdə qeydiyyatda olan avtomaşınların Azərbaycan Respublikası ərazisində yüklənməsinə görə. |
hər bir icazə üçün 100 ABŞ dolları |
Üçüncü ölkəyə və üçüncü ölkədən daşımalar üçün. |
hər bir icazə üçün 600 ABŞ dolları |
Xarici dövlətlərdə qeydiyyatda olan nəqliyyat vasitələrinin Azərbaycan Respublikası ərazisinə yüksüz daxil olması üçün: |
|
yük avtonəqliyyat vasitələrinin yüksüz daxil olması üçün; |
hər bir icazə üçün 350 ABŞ dolları |
avtobusların sərnişinsiz daxil olması üçün. |
hər bir icazə üçün 80 ABŞ dolları |
İri tonnajlı xarici dövlətlərdə qeydiyyatda olan yük avtonəqliyyat vasitələrinin Bakı, Sumqayıt və Gəncə şəhərlərinə daxil olması üçün |
hər bir icazə üçün 25 ABŞ dolları |
Dövlətlərarası sazişləri pozan xarici avtomobil daşıyıcıları Azərbaycan Respublikası ərazisindən çıxdıqda. |
hər bir icazə üçün 400 ABŞ dolları |