Bərdə-Xocalı-Xankəndi marşrutu üzrə təşkil edilən ilk reys Bərdədən yola düşüb.
FED.azxəbər verir ki, Bərdə şəhər avtovağzalından hərəkətə başlayan mikroavtobusun ilk sərnişinləri tarixi hadisəyə şahid olduqları üçün məmnun olduqlarını bildiriblər.
Qeyd edək ki, bu marşrut üzrə gündə üç reys təşkil olunacaq.
Bir biletin qiyməti isə 2 manat 80 qəpikdir. (Apa)