Bu gün gecə saat 00:00-dan etibarən Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkədə xüsusi karantin qaydalarının sərtləşdirilməsi qərarı qüvvəyə minib.
Eləcə də bax: Həftəsonu küçəyə çıxanları bu cəza gözləyir - VİDEO
FED.az xəbər verir ki, artıq gecə saatlarından etibarən fəaliyyətinə icazə verilən bəzi dövlət qurumları əməkdaşları istisna olmaqla vətəndaşların evdən çıxması qadağan edilib. Fəaliyyətinə icazə verilən şəxslər isə yalnız təmsil etdikləri orqanın xidməti avtomobilləri ilə hərəkət edə bilər. Gecə saat 00:00-dan etibarən daxili işlər orqanları əməkdaşları küçələrə nəzarəti gücləndirib, icazəsi olmadan hərəkət edən şəxs məsuliyyətə cəlb olunur.
Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Trend-ə açıqlamasında bildirib ki, Operativ Qərargahın qərarı qüvvəyə mindiyi andan yol polisləri küçələrədə karantin qaydalarını pozan hərəkət iştirakçılarını saxlayır: "Artıq icazəsiz hərəkət edən avtomobillər aşkar edilib. Hazırda proses davam edir, karantin qaydalarını pozan avtomobillər polis naryadları tərəfindən məsuliyyətə cəlb edilir. Sabah sutka ərzində yollarda karantin qaydalarını pozan hərəkət iştirakçıları barədə məlumat veriləcək".
K.Əliyev qeyd edib ki, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu daxilində karantin qaydalarını pozanlarla yanaşı, bu ərazilərin giriş-çıxış postlarından keçməyə cəhd edənlər də olub: "Bəzi hərəkət iştirakçıları icazə olmadığı halda rayonlara getməyə və ya bölgələrdən bu ərazilərə daxil olmağa cəhd ediblər. Həmin şəxslər də polis naryadları tərəfindən saxlanılıblar".(Trend)