Həftəsonu müntəzəm marşrut xətləri fəaliyyət göstərməyəcək.
Bakı Nəqliyyat Agentliyi zərərlə işləyir - HESABAT AÇIQLANDI
Bu barədə FED.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.
Bildirilib ki, Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərarına əsasən 26 iyun saat 00:00-dan 28 iyun saat 06:00-dək Bakı şəhərində müntəzəm sərnişindaşımaları dayandırılacaq.
Məlum olduğu kimi, 26 iyun - Silahlı Qüvvələr Günü şənbə gününə təsadüf etdiyindən 28 iyun bazar ertəsi günü qeyri-iş günü hesab edilir.
Lakin Nazirlər Kabinetinin müvafiq qərarında da göstərildiyi kimi 28 iyun saat 06:00-dan müntəzəm sərnişindaşımaları adi rejimdə icra ediləcək.
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, metropolitendə sərnişindaşımaya iyun ayının bütün günlərində icazə verilir.