Nəqliyyat

Batan təyyarə biletlərilə bağlı - «BUTA AİRWAYS»DAN AÇIQLAMA

Batan təyyarə biletlərilə bağlı - «BUTA AİRWAYS»DAN AÇIQLAMA | FED.az
15:57 16 Mart 2020

«Buta Airways» şirkəti reyslərinə bilet almış, amma məlum səbəblərdən uça bilməyən müştəriləri sakitləşdirici bəyanatda çıxış edib.

Eləcə də bax: “Buta Airways” Bakı-Tbilisi-Bakı reyslərini dayandırdı - ŞİRKƏTDƏN AÇIQLAMA

FED.az-ın məlumatına görə, şirkət baş tutmayan uçuşların da biletlərinin ödənişini tam qaytaracağını bildirib.

Bəyanatda deyilir:

Hörmətli sərnişinlər, xatırlatmaq istəyirik ki, ləğv olunmuş reyslər üzrə əldə edilmiş aviabiletləri uçuş tarixindən sonra da qaytarıb, ödənişi geri almaq mümkündür. Sərnişinlərimizə ödənişlərin tam şəkildə geri qaytarılacağına zəmanət veririk.

Xahiş olunur, təşvişə qapılmayasınız və müştəri xidmətlərinin cavabını gözləyəsiniz. Bütün müraciətlərə növbə ilə baxılır. Anlayışınız üçün təşəkkür edirik.

Digər xəbərlər

Banner