Baş nazirin müavini Şahin Mustafayev quru sərhədlərinin açılması məsələsinə münasibət bildirib.
Karantin rejimi uzadılır - Quru sərhədlər yaya kimi açılmayacaq
FED.az xəbər verir ki, Şahin Mustafayev deyib ki, Operativ Qərargah tərəfindən mövcud epidemioloji vəziyyətə uyğun olaraq qərarlar qəbul olunur.
Baş nazirin müavini bu məsələ ilə bağlı dəqiq vaxt deyə bilməyəcəyini qeyd edib.
Şahin Mustafayevin sözlərinə görə, vəziyyətə uyğun müvafiq qərar qəbul olunacaq. (Apa)