“Sanitar-epidemioloji sağlamlıq haqqında" qanuna əsasən, hökumətin giriş-çıxışa məhdudiyyət tətbiq etməyə birbaşa səlahiyyəti var”.
Eləcə də bax: “Aeroflot” Bakıya uçuşlara - BAŞLAYIR
FED.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı Baş nazir Əli Əsədov deyib.
Baş nazir bildirib ki, quru sərhədlərimiz bağlıdır: “Karantin qaydaları yumşaldılıb, amma pandemiya aradan qalxmayıb. Rusiya hökuməti martın 21-dən başlayaraq hava məkanını yenidən Azərbaycan üçün açır. Dağıstan sərhədində qalan soydaşlarımızın məsələsi də hökumətin diqqətindədir. Amma onlarla bağlı qəti qərar hələ verilməyib”. (Apa)