Bakı Nəqliyyat Agentliyinə məxsus “BakuBus” MMC-nin Müşahidə Şurasının (MŞ) növbəti iclası keçirilib.
Eləcə də bax: "BakuBus"ın rəhbəri yenidən - DƏYİŞİB
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan İnvestisiya Holdinqindən bildirilib.
Məlumata görə, MŞ-nın sədri, iqtisadiyyat nazirinin müavini Elnur Əliyevin sədrliyi ilə keçirilən iclasda Şura üzvləri ilə yanaşı şirkətin rəhbər şəxsləri iştirak ediblər.
İclasda “BakuBus”da Daxili Audit Xidmətinin yaradılması, Cəmiyyətin təşkilati strukturunun yenilənməsi ilə bağlı məsələlər müzakirə olunaraq müvafiq qərarlar verilib, Cəmiyyətin maliyyə dayanıqlığının təmin edilməsi və fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə həyata keçiriləcək digər tədbirlərlə bağlı müzakirələr aparılıb.
Xatırladaq ki, MŞ ölkə prezidentinin 30 mart 2021-ci il tarixli sərəncamına əsasən yaradılıb.