Gürcüstan hökuməti turizm sektoru ilə bağlı yeni təkliflər planı hazırlayıb. On maddədən ibarət sənəddə Azərbaycan şirkətləri ilə əməkdaşlıq da nəzərdə tutulub.
FED.az xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Turnava məlumat verib.
Eləcə də bax:Nəqliyyat Nazirliyi Avropa festivalı ilə əlaqədar - GÜCLƏNDİRİLMİŞ İŞ REJİMİNDƏ
Onun sözlərinə görə, təkliflər paketi Rusiyanın Gürcüstana birbaşa uçuşlara tətbiq etdiyi qadağaya cavab kimi tərtib olunub.
Nazir deyib ki, sənəddə Bakıdan Tbilisiyə “şatl” tipli avtobusların xəttə buraxılması təklifi yer alıb.
Onun sözlərinə görə, Azərbaycan aviaşirkətləri ilə danışıqlar aparılır və onlara Bakı-Tbilisi istiqamətində hərəkət edəcək “şatl” avtobuslarını aviabiletlərə inteqrasiya etmək təklif olunur.
Sənəddə, həmçinin çarter reyslərin subsidiyalaşdırılması, diplomatik korpusla iş, Gürcüstana məşhur simaların dəvət olunması, təbliğat kampaniyalarının gücləndirilməsi və digər istiqamətlər üzrə maddələr də öz əksini tapıb.