Hazırda Bakı Nəqliyyat Agentliyinin (BNA) tələblərinə cavab verən 300 ədəd müasir avtobusun alınması ilə bağlı işlər başa çatdırılıb.
Bu barədə FED.az Banker.az-a istinadən xəbər verir.
Agentlikdən onu da bildiriblər ki, alınan nəqliyyat vasitələri Bakı şəhərinin inzibati ərazisində fəaliyyət göstərən müntəzəm marşrutlar üzrə mərhələli şəkildə istismara buraxılacaq.
Qeyd edək ki, Prezident İlham Əliyev Bakı şəhərində avtobus parkının yenilənməsi və 300 ədəd sərnişin avtobusunun alınmasına dair sərəncam imzalayıb. Sərəncamda BNA-ya dövlət büdcəsindən ilkin olaraq 47 milyon 924 min manat ayrılıb.
Bakıya 300 ədəd yeni avtobus gətirilir – BNA
21:25
5 İyun 2019