Bakı şəhərinin daha 10 küçə və prospektində avtobus zolaqlarının təşkili üçün razılıq əldə olunub.
Eləcə də bax: Bakıda sərnişindaşıma sahəsində - Hablar Yaradılır
FED.az xəbər verir ki, bunu "Caspian Energy Club"un təşkilatçılığı ilə keçirilən "Online Baku City Forum"da çıxış edən Bakı Nəqliyyat Agentliyinin (BNA) Yol hərəkəti təşkili şöbəsinin müdiri Tərlan Səfərov deyib.
Onun sözlərinə görə, Nazirlər Kabineti artıq bu istiqamətdə müvafiq tapşırıq verib və onların icrasına yaxın vaxtlarda başlanacaq: "Bundan öncə 3 küçə və prospektdə avtobus zolaqları təşkil edilib. Bütün bu görülən işlərin əsas məqsədi Bakı şəhərində mobilliyin artırılmasıdır ki, bu istiqamətdə də avtobus zolaqları bizim üçün prioritetdir və bunun təşkili üçün də bir çox təbirlər həyata keçirilir". (Marja)