Azərbaycanda elektrik enerjisi təchizatı ilə bağlı problemin yaranması Heydər Əliyev Beynəlxalq Aeroportundan həyata keçirilən aviareyslərdə gecikməyə səbəb olub.
FED.az "flightradar24"ə istinadən xəbər verir ki, gecikmələr "Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) məxsus Bakı-Naxçıvan və Bakı-Berlin, "Buta Airways"ə məxsus Bakı-İstanbul, "Türk Hava Yolları"na məxsus Bakı-İstanbul, "Ukrayna Beynəlxalq Hava Yolları"na məxsus Bakı-Kiyev, "UTair"ə məxus Bakı-Moksva, "Gulf Air"ə məxsus Bakı-Manama aviareyslərində qeydə alınıb.
Bununla belə, AZAL prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski "Report"a bildirib ki, uçuşlarda ləngimə olmayıb.