Bakı və Mahaçqala şəhərləri arasında birbaşa aviareys açılacaq.
FED.az-ın Trend-ə istinadən məlumatına görə, Dağıstan və Azərbaycan arasında bu aviareysin qurulması üzrə əməkdaşlıq haqqında memorandum Mahaçqala aeroportunun baş direktoru Arsen Pirmaqomedov və Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov aralarında imzalanıb.
Mahaçqala aeroportunun baş direktoru müavini Kamila Qamzatova qeyd edib ki, sənəd Bakıda IX Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində imzalanıb.
Bakıdan Rusiyanın daha bir şəhərinə birbaşa aviareys açılacaq
23:34
27 Sen 2018