Bakı və Həştərxan arasında kruiz laynerinin 2023-cü ildə istifadəyə verilməsi planlaşdırılır.
Eləcə də bax: Moskva-Bakı və Bakı-Soçi kruiz marşrutları - Açıla Bilər
FED.az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyi sədrinin müşaviri Kənan Quluzadə bu gün VI Xəzər mediaforumunun plenar sessiyasında bildirib.
“Ümid edirik ki, 2023-cü ildə ölkələrimiz arasında bu kruiz layneri istifadəyə veriləcək”, - deyə Quluzadə əlavə edib.(İnterfaks)