Azərbaycanın dəmiryollarında aparılan yeniləmə işləri və infrastrukturun yaxşılaşması sayəsində qatarların hərəkət sürəti də yüksələcək.
Eləcə də bax: Bakıya qatarla gələnlər - YENİ ÜSULLA YOXLANACAQ
FED.az xəbər verir ki, bu barədə «Azərbaycan Dəmir Yolları” QSC-nin İnfrastruktur departamentinin rəisi Füzuli Quliyev bildirib. Onun sözlərinə görə, hazırda aparılan əsaslı təmir və rekonstruksiya işlərindən sonra bu il də nəzərə alınmaqla Bakı-Böyük-Kəsik və Bakı-Abşeron dairəvi dəmir yolunda sürətlər artırılıb Sürət artımı həm yol, həm də kontakt şəbəkəsinin vəziyyətindən asılı olaraq təyin edilir: «Hazırda kontakt şəbəkəsində 70 km sahədə, eyni zamanda 11 stansiyaların baş yollarında yoldəyişən qurğuların dəyişdirilməsi ilə bağlı işlər aparılır. Bu işlər yekunlaşdıqdan sonra 100 km-ə yaxın yollarda sürət qaldırılacaq».
ADY rəsmisi bildirib ki indiyədək aparılan işlər imkan verib ki, Bakı-Böyük-Kəsik istiqamətində Bakı-Gəncə sürətli elektrik qatarının orta sürəti 96,3 km/saata, çatma vaxtı isə 3 saat 45 dəqiqəyə çatsın: «100 km-lik yolda sürət qaldırıldıqda isə qatarın yolda olma müddəti 3 saat 30 dəqiqəyə enəcək. Müvafiq olaraq digər sərnişin qatarlarının hərəkət qrafiki xeyli yaxşılaşaraq qrafikdə 2-2,5 saat tez çatdırılmaya nail olunub».