İyulun 14-dən etibarən "FlyDubai" aviaşirkəti Dubay-Bakı-Dubay marşrutu üzrə birbaşa uçuşlar həyata keçirməyə başladı.
FED.az xəbər verir ki, reyslər həftədə iki dəfə - çərşənbə axşamı və cümə günləri yerinə yetiriləcək.
Aviabiletləri aviaşirkətin rəsmi www.azal.az saytında əldə etmək olar. Bu zaman reyslər xüsusi şərtlərə əsasən həyata keçiriləcəkdir.
Belə ki, BƏƏ-yə giriş qaydalarında edilən dəyişikliklərlə əlaqədar, Bakıdan Dubaya reysə yalnız aşağıdakı sərnişinlərə icazə verilir:
- ölkəyə giriş üçün əvvəlcədən vizanın alınmasına ehtiyacı olmayan sərnişinlər;
- turizm vizası olan sərnişinlər;
- BƏƏ-də daimi yaşayış icazəsi olan sərnişinlər.
Qeyd olunan sərnişinlər aşağıdakı keçiddən istifadə etməklə giriş icazəsini almaq üçün müraciət etməlidirlər: https://smart.gdrfad.gov.ae/Smart_OTCServicesPortal/ReturnPermitServiceForm.aspx
Digər əmirliklərin rezidentləri aşağıdakı keçiddən istifadə etməklə icazə almalıdırlar: https://smartservices.ica.gov.ae/echannels/web/client/default.html#/login
Giriş icazəsi reysə qeydiyyatdan keçməzdən əvvəl alınmalıdır.
Bundan əlavə, Dubaya gələn bütün sərnişinlər aşağıda qeyd olunan əlavəni yükləməli və qeydiyyatdan keçməlidirlər:
Android:
https://play.google.com/store/apps/details?id=ae.gov.dha.covid19&hl=en_US
IOS:
https://apps.apple.com/ae/app/covid19-dxb-smart-app/id1504818399
Dubaydan Bakıya reyslərə aviabiletlər yalnız Azərbaycan vətəndaşları tərəfindən əldə edilə bilər.
Yeni qaydalara uyğun olaraq yalnız koronavirus (COVID-19) testindən keçmiş sərnişinlər uçuşlara buraxılır. Bununla əlaqədar olaraq, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditə olunmuş, həkim göndərişi olmadan sərnişinlərin COVID-19 üçün yoxlamadan keçə biləcəyi laboratoriyaların siyahısı genişlənmişdir. Həmin siyahı ilə aşağıda tanış ola bilərsiniz:
- Referans laboratoriyası;
- Leyla klinikası;
- Memorial klinikası;
- Bona Dea xəstəxanası;
- İnci laboratoriyası;
- Bakı Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi (XTİNM);
- Kaspian Hospital;
- UltraLab.
BƏƏ-də PCR-testinə dair arayış təqdim edən klinika və laboratoriyalarda müayinədən keçmək olar.