Bakıdan birbaşa Ağdama dəmir yolu reysi açılacaq.
Bərdə-Ağdam dəmir yolu xətti çəkilir, dəmiryolu və avtovağzal insa ediləcək
FED.az xəbər verir ki bu barədə Azərbaycan Dəmir Yolları QSC-nin Tikintiyə nəzarət idarəsinin rəisi Tural Abbaslı jurnalistlərə açıqlama verib.
Bildirib ki, Bakıdan Yevlaxa, Yevlaxdan Bərdəyə, Bərdədən isə Ağdama yolumuz nəzərdə tutulub:
"Yol bir xəttli olacaq və hal-hazırda elektrikləşməyib. Yolun 10 milyon tona qədər yükdaşıma qabiliyyəti var. Ağdam stansiyası xaric, işlərin bu ilin sonuna kimi başa çatacağı gözlənilir. Ağdam stansiyasının tikintisi isə gələn ilin yanvar-fevral aylarında başa çatacaq”.
İdarə rəisi əlavə edib ki, Bərdə-Ağdam Stansiyasının 2020-ci il noyabr ayının 24-də Prezidentin 2305 nömrəli sənancamına əsasən tikintisi başlayıb: "Ümumi ox üzrə 47.1 km, yan yollarla birlikdə isə 57.8 km dəmir yolunun tikintisi nəzər tutulur. Artıq yolun 56.9 km-i salınıb. Hal-hazırda Ağdam stansiyasında 5 yan yol salınıb.Tikinti üzrə isə 90% layihələndirmə işləri yerinə yetirilib. Bərdə stansiyasında söküntü işləri başlayıb, köhnə stansiya sökülərək yerində yenisi inşa olunacaq. Köçərli və Təzəkənd stansiyalarının bünövrələri inşa olunub və Ağdam stansiyasının layihələndirmə işləri sürətlə davam edir. Gözləntimiz odur ki, iyun ayının ortalarına layihələndirmə işlərini bitirib, iyul-avqust aylarında sahədə işlərə başlayaq”. (Apa)