Alanyanın hava limanında (GZP) qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq "Buta Airways"in saat 07:39-da Bakıdan yola düşən J2 9111 nömrəli aviareysində hava gəmisinin kapitanı Ankaranın Esenboğa hava limanına (ESB) məcburi eniş etmək qərarı alıb.
Eləcə də bax: “Buta Airways”ın təyyarəsi - MƏCBURİ ENİŞ ETDİ
FED.az xəbər verir ki, bu barədə aviaşirkətin açıqlamasında bildirilir.
Məlumata görə, təyyarə Bakı vaxtı ilə saat 11:08-də Ankarada uğurlu eniş edib və hava şəraiti yaxşılaşdıqdan sonra Alanyaya yola düşəcək.