25 May 2023-cü il tarixində Bakıda Yer və yol betonlarında müasir texnologiyalar üzrə konfrans keçiriləcək.
FED.az xəbər verir ki, konfrans ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunur.
Tədbir Azərbaycan Memarlıq və İnşaat Universitetində keçiriləcək.
Təşkilatçılar Bekaert, Turquoise, Arfen şirkətləri və Azərbaycan Memarlıq və İnşaat Universitetidir.