İyulun 28-dən Bakının Qaradağ rayonunun Ələt qəsəbəsini Səbail rayonunun 20-ci Sahə dairəsi ilə əlaqələndirən 195E nömrəli yeni ekspres marşrut fəaliyyətə başlayır.
FED.az xəbər verir ki, "Neoplan" markalı 7 ədəd böyüktutumlu avtobus sərnişinlərə hər gün saat 06:30-dan 21:00-dək 30 dəqiqə hərəkət intervalı ilə xidmət göstərəcək. Ekspres marşrutun daşıyıcısı "BakuBus" MMC-dir.
Avtobuslarda gedişhaqqı 1,5 AZN müəyyən edilib.












