Hədəflərə nail olmaq üçün 2025-ci ilədək 300 milyon səfər sayını şəxsi nəqliyyat vasitələrindən ictimai nəqliyyat vasitəsinə keçirmək lazımdır.
"Bakıda taksidən istifadə 14% azalıb"
FED.az xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev “Azərbaycanda Mobilliyin Transformasiyası Proqramı”nın təqdimatında bildirib.
O qeyd edib ki, səfərlərin 240 milyonu ictimai nəqliyyat vasitələrinə, 60 milyonu isə mikro mobilliyə keçməlidir. (Azərtac)