Bəzi sürücülər Bakıda, Hava limanı şossesində radarlararası sürəti ölçə bilən "ağıllı radarlar" quraşdırıldığını iddia edirlər. Hətta bu radarları gördüyünü deyən də var...
Cərimə yazmır, yalnız sürücünü məlumatlandırır - DİN-dən AÇIQLAMA
FED.az xəbər verir ki, "ağıllı radar"lar bütövlükdə sürücülərin sürət həddini aşmasının qarşısını alaraq, potensial qəzaların azalmasına kömək edir.
Bəs həqiqətən də sürücülərin dediyi kimi, ağıllı radarlar Azərbaycan yollarında da quraşdırılıbmı?.
Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi Mübariz Ağayev iddialara münasibət bildirib.