Metronun “Nərimanov” stansiyası ilə “Metropark” ticarət mərkəzinin arasındakı piyada keçidində uzun müddətdir davam edən problem aradan qaldırılıb.
FED.az xəbər verir ki, həmin ərazidə hərəkətin təşkilindəki dəyişikliklə bağlı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Belə ki, Təbriz küçəsindən Ağa Nemətulla küçəsinə sağa dönən zaman işıqforun yaşıl işığı həm nəqliyyat vasitələri, həm də piyadalar üçün eyni vaxtda yandığı üçün qəza şəraiti yaranırdı. Problemin qarşısını almaq üçün işıqforun iş rejimi 2 fazadan 3 fazaya dəyişdirilib. Beləliklə piyadalar yolu keçərkən nəqliyyat vasitələri işıqforun tələbi ilə gözləməli olacaqlar.
NİİM-dən bildirilib ki, kəsişmədə edilən dəyişiklikdən sonra bu yolda sıxlığın qarşısı qismən alınıb.