Nəqliyyat

Bakıda piyadalar üçün - "ASMA KÖRPÜ" TİKİLİR - FOTO

Bakıda piyadalar üçün - "ASMA KÖRPÜ" TİKİLİR - FOTO | FED.az
09:23 11 Fev 2020

Bakı şəhəri, Tbilisi prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində yerüstü piyada keçidinin tikintisinə başlanılır. Yerüstü piyada keçidinin aşırım hissəsi üstü açıq olmaqla metal konstruksiyalıdır.

Eləcə də bax: Bu yolda - YENİ KÖRPÜLƏR SALINIB - FOTOLAR

FED.az xəbər verir ki, Tbilisi prospekti üzərindən hər birinin uzunluğu 70.92 metr olan iki aşırım hissə, Akademik Həsən Əliyev küçəsinin üzərindən isə uzunluğu 59,29 metr olan bir aşırım hissə keçməklə yeni yerüstü piyada keçidinin görünüşü üçbucaq şəklindədir.

Kənar dayaqlar və pilləkənlər dəmir-betondur.

Orta dayaqlar metaldır və metal troslar vasitəsi ilə asılmaqla asma körpü görünüşünə oxşadılıb.

Fiziki məhdudiyyətli vətəndaşların hərəkəti üçün bütün girişlərdə elektrik panduslar nəzərdə tutulub.

Qeyd edək ki, avtomobil yollarında hərəkətin təhlükəsizliyini və vətəndaşların yolları rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər, o cümlədən yerüstü və yeraltı piyada keçidlərinin tikintisi işləri həyata keçirilir.

Bu çərçivədə 2018-2019-cu illərdə Bakı şəhəri və şəhərətrafı yollarda, həmçinin magistrallarda 7 yerüstü və yeraltı piyada keçidləri inşa edilərək istifadəyə verilib.

Hazırda 10 ərazidə yerüstü və yeraltı piyada keçdilərinin inşası aparılır ki, bunlardan bir neçəsində işlər bitmək üzrədir. Qısa müddət ərzində daha 6 yerdə yeni keçidlərin inşasına başlanılması nəzərdə tutulub.

Trend

Bakıda piyadalar üçün - "ASMA KÖRPÜ" TİKİLİR - FOTO | FED.azBakıda piyadalar üçün - "ASMA KÖRPÜ" TİKİLİR - FOTO | FED.az

Digər xəbərlər