“Nəriman Nərimanov”, “Gənclik” metro stansiyalarının yaxınlığında, eləcə də ətraf kənd və qəsəbələrdə kiçik nəqliyyat mübadilə mərkəzlərinin yaradılması ilə bağlı müzakirələr aparılır.
FED.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinə təşkil edilən mediatur zamanı deyib.
O bildirib ki, bundan əlavə mövcud nəqliyyat mübadilə mərkəzlərində də “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzindəki kimi infrastruktur qurulmasına dair işlərin görülməsi müzakirə olunur.
Azərtac