Nəqliyyat

Bakıda ilk dəfə iki qurum eyni vaxtda iş görür - YOL TƏKRAR QAZILMAYACAQ

Bakıda ilk dəfə iki qurum eyni vaxtda iş görür - YOL TƏKRAR QAZILMAYACAQ | FED.az
10:57 9 Noy 2019

Təkrar qazıntıya ehtiyac qalmayacaq.

Bu gün Bakının bir hissəsində qaz olmayacaq.

FED.az xəbər verir ki, "Azəriqaz" İstehsalat Birliyindən verilən məlumata görə, Xətai rayonu Zakir Yusifov küçəsində aparılacaq asfaltlama işləri çərçivəsində həmin yolda köhnə kəmərin yenisi ilə dəyişdirilməsi işləri də icra ediləcək. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə razılıq əldə olunub.

Eləcə də bax: “Azərsu”: Qazdığımız yolları - BİZ TƏMİR ETMƏMƏLİYİK

Bununla da yol çəkilişi ilə qaz xəttinə dair təmir prosesinin, eyni zamanda, təşkili yenicə çəkiləcək asfalt örtüyünün qorunmasına səbəb olacaq və bu proses üçün bundan sonra təkrar qazıntı aparılmasına ehtiyac qalmayacaq.

Bu zaman yol keçidindəki yeraltı 325 mm diametrində polad boru 315 mm diametrində polietilen boru ilə əvəzlənəcək.

Səhər saat 09 radələrində başlayan işlər zamanı Xətai rayonunun NZS qəsəbəsi, Rəşid Bağırov, Yavər Əliyev, Aşıq Qurban, Süleyman Əhmədov, İlqar Həbibov küçələrində bir qrup abonentin qaz təchizatında müvəqqəti olaraq (təqribən 4 saat müddətinə) fasilələr müşahidə olunacaq.

BakuCity

Digər xəbərlər