"Ümumi yoluxmaların 47 faizi Bakının payına düşür. Bakıda yenə Yasamal rayonunda yoluxma çoxluq təşkil edir. Bu günə qədər Gəncədə 481, Sumqayıtda 250 yoluxma faktı qeydə alınıb".
Eləcə də bax: Maskadan istifadə edilməməsinə görə - CƏZALAR SƏRTLƏŞDİRİLİR
FED.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
TƏBİB sədri vurğulayıb ki, yoluxma yüksək olan rayonlar Masallı, Xaçmaz, Beyləqan, Salyan, Cəlilabad, Yevlax və Kürdəmirdir: "Bu ərazilərin sakinlərinə qaydalara ciddi əməl etməyi tövsiyə edirik".