"Bakı Metropoliteni" QSC Bənövşəyi xəttin "Avtovağzal", "Memar Əcəmi" və "8 noyabr" stansiyalarından sonra sayca 4-cü olacaq və şərti olaraq B4 adlanan yeni stansiyasının inşasına hazırlaşır.
Eləcə də bax: Bakıda yerüstü metrostansiya tikilir
FED.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
"Stansiyanın inşası ilə bağlı ilkin hazırlıq işləri başlayıb. Burada ən müasir inşaat üsullarından istifadə ediləcək. O cümlədən divarlarda qrunt üsulu tətbiq ediləcək. Bu usulun ən böyük üstünülüyü məhdud ərazidə maksimum keyfiyyətli işə imkan verməsidir. Tikinti ərazisində müvafiq “svay”ların vurulması ekoloji təmizliyi təmin edəcək, eyni zamanda qatarların hərəkəti zamanı ətrafa yayılan səsi məksimum azaldacaq.
B4 stansiyası Bakının Cəlil Məmmədquluzadə küçəsində, Heydər Əliyev adına İdman-Konsert Kompleksinin arxasında inşa edilir. (Report)