Daxil olan vətəndaş müraciətləri əsasında fəaliyyəti təhlil edilən və sərnişindaşımaların icrasında çatışmazlıqların olduğu aşkarlanan daha beş müntəzəm marşrut xətti ilə bağlı müsabiqə elan olunub. Müsabiqəyə çıxarılan 36, 123, 134, 183, və 193 nömrəli müntəzəm marşrut xətləridir.
Bakı Nəqliyyat Agentliyindən FED.az-a verilən məlumata görə, müsabiqə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi qaydasına” uyğun keçiriləcək.
Müsabiqədə iştirak etmək istəyənlər 29.09.2022-ci il tarixi saat 17:00-dək Bakı Nəqliyyat Agentliyinə müvafiq ərizə ilə müraciət etməlidirlər.