24 avqust saat 06:00-dan etibarən Bakı şəhəri, 8 Noyabr prospektində (Zığ dairəsindən Ramiz Quliyev küçəsinə qədər olan hissədə) aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Bu barədə FED.az-a AAYDA-dan məlumat verilib.
Məlumata görə, sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.