Bakının bəzi küçələrində avrobuslar üçün ayrıca xətlərin ayrılması nəticəsində avtobusların paytaxt ərazisində orta sürəti 71% artıb.
FED.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin açıqlamasında deyilir.
Agentlik bildirir ki, bu yenilik nəticəsində sərnişinlərin avtobusda hərəkətə itirdiyi vaxt 42% azalıb. Eləcə də paytaxtın atmosferinə atılan zəhərli qazların həcmi aşağı düşüb.
BNA bildirir ki, hazırda Bakıda avtobusların xidmətindən istifadə edən sərnişinlərin sayı 430 min nəfərə yüksəlib.