Bakıda keçiriləcək “Azərbaycan Qran Pri ” yarışları ilə əlaqədar mayın 31-dən başlayaraq qismən və tam bağlanacaq yollara görə 23 marşrut xəttinin hərəkət sxem müvəqqəti dəyişdiriləcək.
FED.az bu barədə Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, həmin marşrut xətləri aşağıdakılardır:
• 1, 2, 4, 10, 46 və M3 nömrəli marşrutlar üzrə avtobuslar alternativ olaraq D.Əliyeva küç., K.Səfərəliyeva küç., Nizami küç., Neftçilər pr. - Y.Səfərov küç, ilə;
• 5 nömrəli marşrut üzrə avtobusların son dayanacaq məntəqəsi S.Rəhimov küçəsində olmaqla hərəkəti Azadlıq pr., S.Rəhimov küç., Xətai pr., ilə;
• 6 nömrəli marşrut üzrə avtobusların fəaliyyəti 2 istiqamət üzrə yəni 20-ci Sahə - M.Useynov küçəsi (Funikulyor) və Axundov bağı – Azadlıq prospekti metro stansiyası istiqamətində;
• 88, M7 nömrəli marşrutlar üzrə avtobusların son dayanacaq məntəqəsi 28 May m.st yaxınlığında olmaqla hərəkəti 28 May m/st. - Puşkin küç. – D.Əliyeva küç ilə;
• 6, 18, 31, 37 və 77 nömrəli marşrutlar üzrə avtobusların son dayanacaq məntəqəsi B.Sərdarov küç. olmaqla Ş.Şamil küç., Lermantov küç., B.Sərdarov küç. ilə;
• 53, 125 və 127 nömrəli marşrutlar üzrə avtobusların son dayanacaq məntəqəsi M.Useynov küç. (Funikulyor);
• 59 və 61 nömrəli marşrut avtobuslarının hərəkəti S.Vurğun küç. - Ş.Bədəlbəyli küç. –R.Behbudov küç. ilə;
• 65 nömrəli marşrut üzrə avtobusların hərəkəti M.Muxtarov küç., - Ə.Cavad küç., - Azərbaycan pr. ilə;
• 205 nömrəli marşrut avtobuslarının hərəkəti Lökbatan NMM – Bakı Dairəvi Avtomobil yolu – M.Müşfiq küç. Daha sonra öz xətti ilə hərəkətini davam etdirəcək;
• M2 və M2A nömrəli ekspres marşrutlar üzrə avtobusların hərəkəti Neftçilər prospektindən çıxarılaraq Mirzəağa Əliyev, Şəmsi Bədəlbəyli və Rəşid Behbudov küçələri ilə təşkil ediləcək.