Metronun davamlı inkişafı məqsədilə müvafiq tikinti planı hazırlanıb və “Bakı Metropoliteni”nin Müşahidə Şurası tərəfdən təsdiq edilib.
Bakı metrosu ötən ay 17 milyon nəfərdən çox - SƏRNİŞİN DAŞIYIB
FED.az xəbər verir ki, bunu Azərbaycan İnvestisiya Holdinqinin baş icraçı direktoru Ruslan Əlixanov deyib.
O bildirib ki, tikinti planında minimum ssenari üzrə Bakıda 5-7 il müddətində 10 yeni metro stansiyasının tikintisi layihəsinə üstünlük verilib.
O əlavə edib ki, 2022-ci ildən metroda tikinti və yenidənqurma işlərinə, yeni vaqonların alınmasına 194,6 milyon manat vəsait ayrılıb. (Apa)