Banner

Nəqliyyat

“Bakı-Yalama dəmir yolunun tikintisinə artıq başlanılır” - AÇIQLAMA

“Bakı-Yalama dəmir yolunun tikintisinə artıq başlanılır” - AÇIQLAMA | FED.az
19:31 5 Fev 2020

“Bu il Azərbaycan dəmir yollarında sürət həddi orta hesabla 20-30 km civarında artırılacaq”.

Eləcə də bax: Bakı-Pirşağı-Bakı elektrik qatarlarının - REYSLƏRİ ARTIRILIR

FED.az "report"a istinadən xəbər verir ki, bunu REAL TV-yə açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bildirib.

Onun sözlərinə görə, sürət həddinin artması dəmir yolu daşımalarında rahatlığı təmin edəcək.

QSC-nin sədri həmçinin xatırladıb ki, “Azərbaycan Dəmir Yolları”ında 2019-cu ildə yükdaşımalar 2018-ci illə müqayisədə 1,250 mln ton artıb.

C.Qurbanov həmçinin əlavə edib ki, Bakıdan Yalamaya qədər olan dəmir yolunun yenidən qurulması Asiya İnkişaf Bankının krediti hesabına maliyyələşdirilir və artıq tikintisinə başlanılır: “Balakənə gedən dəmir yolunda isə Yevlaxda qatarlar dayanıb sonra dəyişirdilər. Biz artıq Bakı-Balakəni birbaşa dəmir yolu ilə birləşdirmək fikrindəyik, onda sürət artacaq. Bu ilin sonuna qədər orta sürəti təqribən 20-30 km artırmağı nəzərdə tuturuq”. 

Xatırladaq ki, Asiya İnkişaf Bankı dəmir yolu sısteminin inkişafı proqramının reallaşdırılması üçün Azərbaycana 400 mln ABŞ dolları məbləğində kredit ayırıb. Kredit vəsaitləri hesabına “Azərbaycan Dəmir Yolları” QSC-nin idarəetmə sisteminin gücləndirilməsinə yönəlmiş tədbirlərin həyata keçirilməsi, Səhmdar cəmiyyətin maliyyə effektivliyinin artırılması, ADY-nin yeni korporativ strukturunun yaradılması, eləcə də Bakıdan Rusiya sərhədinə qədər dəmir yolu infrastrukturunun modernləşdirilməsi nəzərdə tutulur.

Bakı-Yalama dəmir yolu Şimal-Cənub nəqliyyat dəhlizinin bir hissəsidir. Bu dəhlizlə böyük həcmdə yüklərin daşınması gözləntilərini nəzərə alaraq, Azərbaycan hökuməti Bakı-Yalama və Bakı-Astara (İran sərhədi) dəmir yollarının yenidən qurulmasını həyata keçirməyi qərara alıb.

Digər xəbərlər

Banner