Türkiyə və Azərbaycan Bakıdan Ankaraya dəmiryolu ilə sərnişin daşımalarına müzakirə edirlər.
Bakıdan Qarsa səyahət neçəyə başa gələcək? – MÜQAYİSƏ
FED.az xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Adil Karaismailoğlu bildirib.
Xatırladaq ki, iki gün əvvəl Azərbaycan, Türkiyə və Gürcüstanın nəqliyyat nazirləri Bakı-Tiflis-Qars dəmiryolu vasitəsilə yük daşımalarına müzakirə etmək üçün mTiflisdə görüşüblər.
Türkiyəli nazir isə bildirib ki, yük daşımaları ilə yanaşı, Azərbaycanla Türkiyə arasında sərnişin daşımaları da müzakirə mövzusudur.
«Biz hər zaman yükdaşıma ilə bağlı danışırıq, amma yaxın illərdə infrastruktur düzələndə niyə sərnişin daşımaları olmasın? Bundan əlavə, qarşıdakı illərdə «Şərq Ekspresi»nin (Ankaradan ölkənin şərq ərazilərinə gedən qatar) Qarsdan Bakıya getmək imkanı qarşıdakı illərdə mütləq yaranacaq. Biz bunları müzakirə ediik»-deyə nazir bildirib.
Qeyd edək ki, Azərbaycanla Türkiyə arasında qatarla sərnişin daşımaları mövzusu hələ Bakı-Tiflis-qars qatarının işə düşməsi ilə yaranıb və ötən dövrdə bir neçə dəfə aktuallaşıb.
Belə ki, “Azərbaycan Dəmir Yolları” QSC-də hələ 2018-ci ildə keçirilən müzakirələrdə qurumun o vaxtkı rəhbəri Cavid Qurbanov elan etmişdi ki, Azərbaycan tərəfi Gürcüstan və Türkiyəli həmkarları ilə gələcəkdə Batumiyə, eləcə də İstanbula və Ankaraya qatarların işləməsini təmin etmək üçün müzakirələr aparır.
2020-ci ilin sentyabrrında isə Azərbaycana Belarusdan "Stadler" şirkətinin daha 10 ədəd yataq tipli vaqonları gətirilib və elan olunub ki, bu vaqonlar Bakı (Azərbaycan) - Tbilisi (Gürcüstan) - Qars (Türkiyə) - İstanbul (Türkiyə) marşrutu üzrə beynəlxalq əlaqə üçün nəzərdə tutulub.
Amma o vaxtdan sərnişin daşımaları ilə bağlı açıqlanan irəliləyiş olmayıb.
Qeyd edək ki, yeni qatar yolunun işə düşməsi, Azərbaycandan Türkiyəyə, və əks istiqamətdə böyük turizm axınını təmin edəcək. Qatar yolu işə düşərsə, hazırda Türkiyəyə təyyarə ilə səfər edən sərnşinlərin əksəriyyətinin qatar yoluna keçəcəyi gözlənilir.