Nəqliyyat

Bakı-Tehran-Bakı aviareysilə bağlı - AÇIQLAMA

Bakı-Tehran-Bakı aviareysilə bağlı - AÇIQLAMA | FED.az
12:41 8 Yan 2020

Qış cədvəli çərçivəsində “Buta Airways” aviaşirkəti Bakı-Tehran-Bakı istiqamətində gündəlik reyslər həyata keçirir və hazırkı mərhələdə bu istiqamət üzrə reyslərin cədvəlinə dəyişiklik edilməsi planlaşdırılmır.

Eləcə də bax: «Buta Airways» daha bir şəhərə uçacaq – QİYMƏT 29 AVRODAN

FED.az xəbər verir ki, “Buta Airways”dən verilən məlumata görə, hər hansı bir dəyişiklik olduğu təqdirdə aviaşirkət rəsmi rabitə kanalları vasitəsilə cəmiyyəti məlumatlandıracaq.

Qeyd edək ki, bu gün göyərtəsində 180 sərnişin olan Ukraynaya məxsus “Boeing 737” tipli sərnişin təyyarəsi “texniki nasazlıq” səbəbindən Tehranın İmam Xomeyni adına beynəlxalq hava limanında qəzaya uğrayıb.

 

Digər xəbərlər

Banner