Mayı ayının 26-dan fəaliyyətə başlayacaq Bakı-Tbilisi-Bakı qatarına qısa müddətdə 1000 dən artıq bilet satılıb.
FED. az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları məlumat yayıb.
«Bakı-Tbilisi-Bakı marşrutu üzrə qısa müddətdə 1000-dən çox bilet satılıb. Ümumilikdə Bakıdan 400, Tbilisidən isə 500-dən artıq bilet satışı qeydə alınıb»-deyə məlumatda bildirilir.
Qatara tələbat gözləniləndən yüksək olduğuna görə, qatara əlavaəı vaqon qoşmaq lazım olub.
«Bilet alışına yüksək tələbat nəzərə alınaraq Bakıdan yola düşəcək ilk qatara 1 vaqon da əlavə edilib»-deyə bildirilir.
Qeyd edək ki, Bakı-Tbilisi-Bakı marşrutu üzrə biletlərə yüksək tələbat fonunda bilet satışı sistemində və kassalarda müəyyən ləngimələr müşahidə olunur. Qurum bu çətinliyə görə üzr istəyir və sərnişinlərimizdən anlayışla qarşılamalarını xahiş edib.
Xatırladaq ki, bu marşrut üzrə qatarlar Bakıdan 25 may, Tbilisidən isə 26 may tarixində hərəkətə başlayacaq.













