Mariam Kvrivişvili: "Çox tezliklə bütün region, Azərbaycan, Türkiyə və Gürcüstan tarixi Bakı-Tbilisi-Qars layihəsinin açılışını qeyd edəcək"
Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Mariam Kvrivişvili "Birinci Kanal Gürcüstan"da yayımlanan "Maka Tsintsadze ilə aktual mövzu" verilişində bildirib ki, çox tezliklə Azərbaycan, Türkiyə və Gürcüstan tarixi Bakı-Tbilisi-Qars layihəsinin açılışını qeyd edəcəklər.
Onun sözlərinə görə, sözügedən layihə həm Gürcüstan, həm də region üçün çox mühüm rol oynayacaq.
Mariam Kvrivişvili bildirib ki, "İnanıram ki, çox tezliklə bütün region - Azərbaycan, Türkiyə və Gürcüstan həm ölkəmiz, həm də region üçün çox mühüm rol oynayacaq tarixi Bakı-Tbilisi-Qars layihəsinin açılışını qeyd edəcəklər. Bu layihənin təntənəli açılışı çox tezliklə baş tutacaq".












