“Azərbaycan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə sərnişindaşımaya hazırdır”.
Bunu jurnalistlərə açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib.
“Bu xətt üçün aldığımız qatarları görmüsünüz. Lakin bizdən asılı olmayan səbəblərə görə BTQ ilə sərnişindaşıma gecikir. Çünki Türkiyə və Gürcüstan da buna hazır olmalıdır. Onlar isə hazır deyil”, - deyə o, qeyd edib.