Bakı-Tbilisi-Qars dəmir yolunda aparılan tikinti işlərini sürətləndirmək üçün yeni şirkətlər cəlb edilib.
FED.az xəbər verir ki, bu barədə ‘’Azərbaycan Dəmir Yolları’’ məlumat yayıb.
Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan hissəsi - MÜVƏQQƏTİ TƏMİRƏ BAĞLANIB
Qurumdan deyilib ki, tikinti işləri dəmiryolunun genişləndirilməsi üçündür.
Hazırda tikinti işləri Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Gürcüstandan keçən, uzunluğu 183 km olan mürəkkəb coğrafi relyefə malik sahəsində aparılır: «Burada təmir-bərpa, rekonstruksiya və tikinti işlərini sürətləndirmək və layihənin qısa müddətdə başa çatdırılması üçün yeni podratçılar cəlb edilib»-deyə qurumdan bildirilir.
Qeyd edək ki, 2017-ci ildən istifadəyə verilmiş dəmir yolu xəttinin bir hissəsi - Marabda-Kartsaxi sahəsi çətin relyefli dağlıq və meşəlik ərazidən keçir.
Burada təmir-bərpa işlərinə aparılmasında məqsəd yolun buraxıcılıq gücünün artırılması və hərəkətin təhlükəzliyini təmin etməkdir.
Hazırda aparılan işlərin nəticəsində bu dəmiryolu Çin və Orta Asiyadan daha çox yükün qəbul edilərək Avropaya çatdırılmasında önəmli rol oynayacaq.
Belə ki, Asiyadan gələn yüklərin Azərbaycan üzərindən biraşırımlı əməliyyatla Avropaya daha sürətli çatdırılması BTQ-nin regional nəqliyyat şəbəkəsindəki əhəmiyyətini daha da önə çıxarır.
Hazırda xətlər tam elektrikləşdirilib, dəmir yol xəttinin inşası əsasən tamamlanıb, 12 stansiyada elektrik təchizatı, rabitə və işarəvermə qurğularının, stansiya işçiləri üçün inzibatı binaların, müasir köməkçi kommunikasiya işləri tamamlanır.
Bu işlər səbəbindən may ayının ortasından etibarən yolda yüklərin daşınması müvəqqəti olaraq məhdudlaşdırılıb.