Bakı-Tbilisi-Bakı marşrutu üzrə biletləri əldə etmək üçün müraciətlərin sıxlığı səbəbindən bəzən sayta daxil olmaq mümkün olmur.
Gürcüstana hansı yolla getmək sərfəlidir – ADY-nin QATARI, YOXSA AZAL-ın TƏYYARƏSİ? - MÜQAYİSƏ - QİYMƏTLƏR
Sayta daxil olduqda isə qiymətlər cədvəlində biletlərin satış qiyməti yalnış göstərilir.
FED.az xəbər verir ki, "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib ki, vətəndaşların sayta daxil ola bilməməsinə yüksək tələbatdan yaranan hədsiz yüklənmələr səbəb olub. Onun sözlərinə görə, bir dəqiqədə sayta 15-20 giriş olur.
Sərnişinlərin tələbatını nəzərə alaraq, qatar vaqonlarının sayında artım da nəzərdə tutulub.
Qeyd edək ki, 5 yaşa qədər uşaqlar ayrıca yer tutmamaq şərtilə qatarla pulsuz səyahət edə bilərlər. 5-10 yaş arası uşaqlar üçün isə səyahət sinifi, biletin alınma tarixi və mövsümdən asılı olaraq 50 faizə qədər endirim nəzərdə tutulub.













