“Azərbaycan Dəmir Yolları” QSC mayın 25-dən başlayaraq mayın 29-na qədər Bakı-Sabunçu-Bakı elektrik qatarının hərəkət cədvəlini açıqlayıb.
FED.az xəbər verir ki, cədvələ əsasən, Bakıdan Sabunçuya və əks istiqamətdə qatarlar 17 dəqiqəyə hərəkət edəcəklər.
Adi günlərdə hər iki istiqamətdə gündə 10 qatar hərəkət edəcək. Şənbə, bazar və bayram günləri isə qatarların sayı 7-yə enəcək - 6031/6032, 6033/6034, 6039/6040 nömrəli elektrik qatarları hərəkətdə olmayacaq.
Mayın 30-dan qatarların yeni hərəkət cədvəli haqqında əlavə məlumat veriləcək.
Bakı-Sabunçu qatarının hərəkət cədvəli - AÇIQLANIB
16:21
25 May 2019