3 iyun 2019-cu il tarixdən etibarən Bakı-Sabunçu-Bakı marşrutu üzrə elektrik qatarı təyin edilir.
“Azərbaycan Dəmir Yolları” QSC-dən FED.az-a verilən məlumata görə, Bakı-Sabunçu-Bakı marşrutu üzrə hərəkət edən elektrik qatarlarında gediş plastik kartla və bilet kassalarında, köşklərdə əldə edilən kağız biletlərlə həyata keçiriləcək.
Eləcə də bax: Sabunçudan Bakının mərkəzinə - CƏMİ 15 DƏQİQƏYƏ – ƏTRAFLI
Plastik kartlar Bakı-sərn. stansiyasında, Keşlə, Köroğlu, Bakıxanov dayanacaqlarında və Sabunçu stansiyasında bilet kassalarında əldə oluna bilər.
Bakı-Sumqayıt-Bakı elektrik qatarlarında istifadə edilən plastik kartlar bu istiqamətdə də keçərlidir.
Bakı-Sabunçu qatarında gediş haqqı salondan asılı olaraq dəyişir. «Ekonom» salonda gediş haqqı tam marrut üzrə 50-60 qəpikdir. Kartla qiymət 50 qəpik, çap olunmuş kağız bilet 60 qəpikdir.
«Biznes» salonda isə qiymətlər 1,5-1,6 manatdır. Eyni qayda ilə kartda qiymət 1,5 manat, kağız biletdə 1,6 manatdır. Biznes salonda oturacaqlar daha rahatdır və Bakı-Sumqayıt qatarındakı kimidir.
Bakı-Sabunçu-Bakı elektrik qatarı işə düşür - QRAFİK, QİYMƏT
13:44
1 İyun 2019