Bakı-Quba yolu mərhələli təmir olunacaq.
Eləcə də bax: "Qubada villaları var, gedəndə o yolu görmürlər!"
FED.az xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.
O bildirib ki, Bakı-Quba yolunda mütəmadi olaraq təmir işləri icra olunur, ərazidə hərəkət müvəqqəti normallaşsa da, bir müddət sonra təmir işlərinin əhəmiyyəti itir. Bu səbəbdən də həmin yolun əsaslı şəkildə yenidən qurulmasına ehtiyac var:
"Bununla bağlı aidiyyəti üzrə məlumatlar təqdim olunub. Həmin təqdim olunmuş məlumatlar əsasında Bakı-Quba yolunun mövcud Bakı-Sumqayıt hissəsinin 30 kilometri təmir olunub. Hazırda yolun Tağıyev qəsəbəsi hissəsində 14 kilometr əsaslı yenidənqurma işləri icra olunur. Bu işlər mərhələli şəkildə davam etdiriləcək", - qurum rəsmisi bildirib. (Trend)