“Bu ilin sonuna kimi Bakı-Quba yolunda, hazırda bərpası aparılan beton yolda işlər yekunlaşacaq”.
Eləcə də bax: Azərbaycanda ilk ödənişli yol bu ilin sonuna kimi - İSTİFADƏYƏ VERİLƏCƏK
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.
Qeyd edək ki, bir neçə gün öncə Bizim. Media-ya açıqlama verən millət vəkili Vahid Əhmədov Bakı-Quba yolunun yeniləşən birinci mərhələsi dekabrın 20-də istifadəyə veriləcəyini demişdi. O bildirmişdi ki, bu barədə məlumatı ona Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi sədrinin müavini Əvəz Qocayev verib. Millət vəkilinin sözlərinə görə, sədr müavini telefon danışığı zamanı ona işlərin böyük sürətlə davam etdiyini və 6 briqada gecə-gündüz, növbəlilik əsasında işlədiyi məlumatını verib.