Bakı-Qroznı-Bakı və Bakı-Mahaçqala-Bakı marşrutları üzrə reysləri dayandırılır
FED.az xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.
"İstintaq prosesi başa çatana qədər "Azərbaycan Hava Yolları" aviaşirkətinin Bakı-Qroznı-Bakı və Bakı-Mahaçqala-Bakı marşrutları üzrə reysləri dayandırılır. Digər istiqamətlərdə uçuşlar ştat rejimində cədvələ uyğun həyata keçirilir." -deyə AZAL-n yaydığı məlumatda deyilir.