Bakı Nəqliyyat Agentliyinin səlahiyyəti azaldılıb.
FED.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı”nda edilən dəyişiklikdə əksini tapıb.
Eləcə də bax: Bakı Vağzalına yeni rəis - TƏYİN EDİLİB
Prezident İlham Əliyevin 2018-ci il 26 iyun tarixli fərmanı ilə təsdiq edilmiş “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı”na əsasən, Bakı Nəqliyyat Agentliyinin avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrut üzrə sərnişin daşınması (sərnişindaşınmanın təşkili) haqqında müqavilənin bağlanmasına dair səlahiyyəti olub. Dəyişikliyə əsasən, Agentliyin bu sahədə səlahyiyəti məhdudlaşdırılıb. Agentlik yalnız Bakı şəhərinin inzibati ərazisində ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma haqqında müqavilənin bağlaya biləcək.
Bakı, Sumqayıt və Gəncə şəhərlərinin inzibati ərazisi istisna olmaqla, Azərbaycan Respublikasının digər inzibati ərazilərində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrut üzrə sərnişin daşınması (sərnişindaşımanın təşkili) haqqında müqavilənin bağlanması sahəsində səlahiyyət yalnız Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus olacaq.
Bakı Nəqliyyat Agentliyinin səlahiyyəti azaldılıb
17:26
15 May 2019