Bakı Nəqliyyat Agentliyi “Könüllü fəaliyyət haqqında” Qanuna və Azərbaycan prezidentinin könüllülərin dövlət təşkilatlarına cəlb olunması haqqında tövsiyəsinə əsaslanaraq, ASAN modeli təcrübəsinə uyğun könüllülük proqramına start verir.
Agentlikdən FED.az-a bildirilib ki, “Yol həyatdır” layihəsi çərçivəsində təşkil ediləcək “Nəqliyyat Agentləri” könüllülük proqramın məqsədi, paytaxtın yol nəqliyyat infrastrukturunun yaxşılaşdırılması, sürücü və sərnişinlər arasında maarifləndirmə işlərinin həyata keçirilməsi istiqamətində həyata keçirdiyimiz fəaliyyətlərə könüllülər vasitəsilə dəstək olmaqdır. Proqram çərçivəsində, 18 yaşı tamam olan, Agentliyin həyata keçirdiyi fəaliyyətlərə dəstək olaraq, aidiyyəti sahədə bilik və bacarıqlarını inkişaf etdirmək istəyən şəxslər öz CV formalarını 10 may 2019-cu il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər. Tərəfimizdən təlimatlandırıldıqdan sonra Agentliyin müvafiq şöbələrində 2 ay müddətində təcrübə keçən könüllülərə sonda sertifikatlar təqdim ediləcəkdir.
Eləcə də bax: "Bütün qəsəbələrdə daxili yollar təmir olunacaq, bərpa ediləcək"